Messinin cəzası məlum oldu

“Barselona”nın hücumçusu Lionel Messi “Atletik”lə İspaniya Superkubokunun final matçındakı hərəkətlərinə görə cəzalandırılıb. Futbolçu iki matçda yaşıl meydana çıxa bilməyəcək.

Çoxları bu cəzanı yüngül sayır. Belə ki, “Barsa”lı kapitan rəqibinin başına zərbə vurduğu üçün 12 oyunu buraxa bilərdi.

Qeyd edək ki, argentinalı oyunun bitməsinə bir dəqiqə qalmış meydandan qovulub. Lionel “Atletik”in oyunçusunu itələyib və hakim videotəkrarı izlədikdən sonra ona qırmızı vərəqə göstərib. Bu hadisə Messinin “Barselona” karyerasında bir ilk olub.

Xatırladaq ki, İspaniya Superkubokunun final matçında “Atletik” əlavə vaxtda “Barselona” ya 3: 2 hesabı ilə qalib gəlib. “Barselona”nın oyunçusu Antuan Qrizmann matçda dubl edib. Qaliblər komandadan isə Oskar de Markos, Asyer Vilyalibre və İnyaki Uilyams fərqləniblər.