Pərvin inadından dönmədi: “Heç bir qız kasıb oğlana getməz”

Bir müddət öncə tanınmış aktrisa Pərvin Abıyeva “Heç bir qız kasıb oğlana ərə getmək istəməz. " açıqlaması ilə gündəmə gəlib. Aktrisanın fikirləri bir mənalı qarşılanmayıb. Əksəriyyət onu sərt tənqid edib.  P.Abıyeva bütün iradlara cavab verib.
“Sherg.az”ın məlumatına görə o, bu haqda İnstaqram səhifəsində, canlı yayımda danışıb:

“Kimlərsə, gözləyir ki, üzr istəyəcəm. Niyə? Öz şəxsi fikrimə görə? Yox, üzr istəməyəcəm. Demişəm ki, heç bir qız kasıb oğlana ərə getmək istəməz. Burda kasıblar barədə təqhiramiz söz işlətmişəmsə, ortaya çıxardın. Şəxsən bunu sübut edən adama 50 min  manat verəcəm. Sözümün arxasındayam. Heç bir qız istəməz ki, həyat yoldaşı onu kasıb vəziyyətdə  yaşatsın.

Mən pandemiya dövründə ən az 70 yoxsul ailəni ziyarət etdim. Bunu niyə unutdunuz? Hansısa əsgərə video çəkdirirsiz. Onun işi şou-biznes adamına söz yollamaqdır? Əminəm ki, o əsgərin heç nədən xəbəri yoxdur.  Deyir, nəslini biz kasıblar qoruyuruq. Bu nə deməkdir? Əmim Birinci Qarabağ müharibəsində iştirak edib. Əmim oğlu isə Vətən savaşında sizinlə birlikdə idi. Mənim nəslimdə əsgər gedən, müharibədə iştirak edən yoxdur? 

Mən kasıblıq da, pul da görmüşəm. Ona görə istəmirəm oğullarımız kasıb olsun, kimdənsə mədət umsunlar. Hər bir kişi qazanıb, ailəsini saxlamalıdır. Yardım etdiyim vaxt kasıbların evini görmüşəm. Necə yaşadıqlarını bilirəm. Elə evdə uşaq böyütmək istəyərsiz? O uşağı oxutmaq, ona gələcək qurmaq lazımdır. Söhbət oturub ondan-bundan pul güdəndən gedir. İnsanlar var ki, kasıb evdə, şam işığında oxuyub, həkim olur, ailəsi üçün çörək pulu qazanır”