NATO-nun Baş Katibi : "Gürcüstan NATO-ya üzv olmaq istəyir və Rusiya buna mane ola bilməz"


“Gürcüstan NATO-ya üzv olmaq istəyir və Rusiya buna mane ola bilməz, bu Gürcüstan və Şimali Atlantika İttifaqının verəcəyi qərardır”.

24News.ge xəbər verir ki, bu sözləri NATO-nun Baş Katibi Jens Stoltenberg deyib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstan və NATO-nun verəcəyi qərardır və başqa bir dövlətin buna qarışması suveren bir dövlətin suveren hüquqlarının pozulması deməkdir:

“Gürcüstanın necə davranacağına qərar vermək Rusiyanın işi deyil. Bu Gürcüstan ilə NATO-nun əlaqəsidir. Rusiyanın Abxaziyada və Cənubi Osetiyada etdikləri, suveren, müstəqil bir dövlətin ərazi bütövlüyü və suverenliyinin pozulmasıdır, bu isə qəbuledilməzdir".

O həmçinin bildirib ki, ölkələrin NATO-ya üzv olub-olmayacaqlarına onların demokratik prosesləri qərar verəcək və bundan sonra NATO-nun qapısı onlara açıq olacaq. NATO standartına cavab verən dövlətlər ona üzv olacaqlar. Rusiyanın suveren dövlətlərin NATO-ya qoşulması prosesinə müdaxilə etmək, qarşısını almaq və ya dayandırmaq hüququ yoxdur.

Stoltenberqin sözlərinə görə, heç bir ölkənin NATO-ya qoşulması məsələsinin Rusiyanın xoşuna gəlməməsi bu prosesin gələcəyini müəyyənləşdirmir. O buna nümunə olaraq öz ölkəsi Norveçdən bəhs edib. Stoltenberq bildirib ki, o zamanlar da Norveçin NATO-ya üzv olması məsələsi Rusiyanı qane etmirdi, ancaq Norveç, NATO standartlarına cavab verib və ittifaqa qatılıb.