Kenquru adi vətəndaş kimi təyyarə ilə səyahət edib

ABŞ-ın Şimali Karolina əyalətindən Virciniya şəhərinə rəsmi icazəylə sərnişindaşıma təyyarəsi vasitəsilə kenqurunun uçuşu həyata keçirilib.

"Şərq" xarici mediaya istinadən xəbər verir ki, Herri adlı kenqurunun təyyarədə çəkilmiş görüntüləri sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Balaca kenqurunun "American Airlines" təyyarəsinə minərkən çəkilmiş görüntüləri "İnstaqram" səhifəsində çoxsaylı baxışa səbəb olub. Həmçinin təlimçinin müşayiəti ilə təyyarəyə minərkən Herrinin stüardessa

Bobbi Veston tərəfindən fotoşəkil də çəkilib. Onun təyyarənin salonun baqaj bölməsində adi bir sərnişin kimi səyahət etdiyi müşahidə olunub.

Qeyd edək ki, 2020-ci ilin fevralında da analoji hadisə baş verib. Belə ki, Fred adlı xidməti at da sərnişin kimi ilk uçuşunu həyata keçirib.