Qarabağa qaytarılan ermənilərin son sayı açıqlandı


Son sutka ərzində Qarabağa 114 erməni qaytarılıb.

24News.ge xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlıları son sutka ərzində 114 nəfərin Ermənistandan Qarabağa təhlükəsiz qayıdışını təmin edib. İndiyə qədər Qarabağa 50116 nəfər erməni qaytarılıb”, - deyə məlumatda bildirilib.