Almaniyada koronavirusla bağlı vəziyyət getdikcə daha da pisləşir



Almaniyada son bir gündə koronavirusa 11 min 369 yoluxma və 989 ölüm faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bir həftə əvvəl ölkədə sutka ərzində 891 nəfər həyatını itirib. Bu, koronavirusa yoluxan xəstələrin ölüm sayı üzrə sonuncu rekord göstərici sayılır. Buna baxmayaraq, bəzi federal əyalətlər, o cümlədən Reynland-Pfalz federal əyaləti tam olmayan məlumatlar veriblər və ya heç bir məlumat təqdim etməyiblər. Bavariya və Saardan alınan məlumatların natamam olduğu təsbit edilib. Bu statistik rəqəmlərin əslində daha da qorxucu olmasından xəbər verir.

Burdan belə bir qənaətə gəlmək olar ki, Almaniyada vəziyyət getdikcə nəinki sabitləşmir, əksinə, daha da pisləşir.