PSJ “Barselona”nın müdafiəçisinə görə 25 milyon avro ödəyə bilər

Hazırda “Betis”də çıxış edən, lakin transfer hüquqları “Barcelona”da olan müdafiəçi Emerson karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

İspaniyanın “Sport” portalının yaydığı xəbərə görə, PSJ braziliyalı futbolçunun xidmətlərində maraqlıdır. Fransa çempionunun idman direktoru Leonardo oyunçunu məşqə dəvət etmək istəyir. Müdafiəçiyə görə PSJ 25 milyon avrodan keçməyə hazırdır.

Katalon klubu yayılan xəbərlərə müsbət münasibət bildirib.

Qeyd edək ki, Emerson 2019-cu ilin yayında “Atletiko Mineyro”dan “Barsa”ya keçib və dərhal da “Betis”ə icarəyə verilib. Bu yay oyunçunun icarə müddəti başa çatır.

Bu mövsüm 22 yaşlı müdafiəçi 14 oyun keçirib, bir məhsuldar ötürmə verib və bir avtoqol vurub.