Azərbaycanda tekstil fabrikinin tikintisi müzakirə olunur


Azərbaycanda tekstil fabrikinin tikintisinə dair Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə ilkin müzakirələrə başlanılıb.

"APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) sədri İlhami Öztürk deyib.

Onun sözlərinə görə, bu layihənin icrası ilə bağlı detallar görüşlərin nəticəsindən bəlli olacaq: "Təkstil fabrikinin tikintisi ilə bağlı ilk etapda 50 mln. ABŞ dolları məbləğində investisiya nəzərdə tutulur. Biz həm də öz təcrübəmizlə yerli iş adamları ilə bölüşmək niyyətindəyik. Azərbaycanda tekstil fabrikinin tikintisi həm də ixracata müsbət töhfə verəcək. Belə ki, istehsal olunacaq məhsul Rusiya, Ukrayna və digər ölkələrə ixrac oluna bilər. Görüşlərin nəticəsi olaraq, fabrikin hansı bölgədə tikiləcəyinə dair qərar veriləcək".