Türkmənistan koronavirus peyvəndi ehtiyatı yaradır

Türkmənistan hökuməti Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi ilə yanaşı, digər COVID-19 vaksinlərinin qeydiyyatı üzrə işləri davam etdirəcək.
“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə ölkə Prezidenti Qurbanqulu Berdimuhamedov təlimat verib.
“Bu addım 2021-ci ildə beynəlxalq yarışlarda iştirak etmək üçün Aşqabada gələcək xarici idmançılara seçim təmin etmək üçün lazımdır”, - deyə Türkmənistan prezidenti bildirib.
Qeyd edək ki, dünyanın təxminən 40 ölkəsindən idmançılar bu ilin 13-17 oktyabr tarixlərində Türkmənistanın paytaxtında keçiriləcək Dünya Velosiped çempionatına gələcəklər.