Qazaxıstana ixrac olunan pomidorla bağlı araşdırmalar aparılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qazaxıstan tərəfindən Azərbaycan pomidor məhsullarına tətbiq olunan məhdudiyyətlə bağlı açıqlama yayıb.
AQTA-dan APA-ya verilən məlumatda Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildirilib ki, ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.
Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.