2020-ci ildə Bakıda qeydə alınan avtomobil qəzalarında ölənlərin sayı açıqlandı - RƏSMİ

2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə yaralanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, 2019-cu il il müqayisədə hadisələrin sayı 109 fakt və ya 19,2 faiz azalıb:

“Eyni zamanda yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir”.

“Yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır. Belə ki, qəzaların 167-sini (36,3 %) manevr qaydalarının pozulması, 125-ni (27,2%) sürət həddinin aşılması,56-nı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-nü (7,4 %)  yol ayrıcını keçmə qaydalarının pozulması, 16-nı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”-, deyə Vaqif Əsədov qeyd edib.