Qalatasaray”ın ulduzu “River Pleyt”ə keçə bilər


“Qalatasaray”ın ulduz futbolçusu Radamel Falkao Argentina klubunun maraq dairəsinə düşüb.

Bu barədə “Spor Arena” məlumat yayıb.

Argentinanın “River Pleyt” klubu hücumçusu Prattonu “Feyenord”a göndərdikdən sonra onun boşluğunu Radamel Falkao ilə doldurmaq niyyətindədir.

“Qalatasaray”dan ayrılmağa müsbət yanaşan kolumbiyalı futbolçunun Argentina klubuna keçməsi üçün maddi cəhətdən güzəştə getməsinin lazım olduğu bildirilir.