Çində koronavirusa yoluxma sayı artdı

Çində ötən sutka ərzində koronavirusa 222 yeni yoluxma qeydə alınıb.
Bu barədə TASS məlumat yayıb.
Yoluxma hallarının 29-u xaricdən gələnlərdə aşkarlanıb. Yoluxanların 119 nəfərində xəstəliyin simptomları aşkarlanmayıb.
Xatırladaq ki, Çində ötən ilin 15 aprelindən bu yana koronavirusdan yalnız bir ölüm halı qeydə alınıb.