Ənənəvi təhsilə keçidlə bağlı Emin Əmrullayevdən AÇIQLAMA

“Koronavirusla bağlı vəziyyət yaxşılaşarsa, ənənəvi təhsilə keçid daha da sürətli olar”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir bildirib ki, Azərbaycanda 85 600 sinifdən 49 minində, yəni 57 faizində şagird sayı 20-dən azdır:
“Digər 20 min məktəbdə 21-25 nəfər arasındadır. Orta hesabla 80 faiz şagirdimiz sinifdə 25 və daha az uşaqla oturur”.
“40 nəfər və daha çox olan siniflərin sayı 311-dir ki, bu da 0,4 faizdir. Bu siniflərdə 0,9 faiz şagird oxuyur. Bizim həmin siniflərdə ciddi problemimiz olacaq. Həftədə 3 dəfə hibrid model mənim və ya həmkarımın yaradıcı təfəkkürü deyil, üzləşdiyimiz vəziyyətlə bağlıdır”, - deyə o əlavə edib.