Heyvana işgəncə verdilər - Qandonduran fotolar

Ayaqlarını bağlayıb it sürüsünün qarşısına atıblar

Dənizlinin Buldan rayonunda ova gedən bir qrup gənc çöl donuzuna işgəncə veriblər.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə ovçular tüfənglə körpə donuzu vuraraq, onu yaralayıblar.


Daha sonra arxa ayaqlarını bağlayaraq onu it sürüsünün qarşısına atıblar. Həmin hadisənin görüntüləri ovçuların biri tərəfindən qeydə alınıb.

"Heyvana əzab verməyin, heyvanı öldürün" deyildiyi kadrlarda gənclərin donuzun köpəklər tərəfindən parçalanmasına gülərək baxdıqları müəyyənləşib.



Həmin kadrlar sosial mediada paylaşıldıqdan sonra onların şəxsiyyəti müəyyənləşdirilərək cərimələniblər.