Ələkbərdən Mahirə: “Bəlkə, yada salmağa yer qoymamısan?!” - Qalmaqal !

Dünən tanınmış meyxanaçı Ələkbər Yasamallı İnstaqram səhifəsində canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb.

“Sherg.az”ın məlumatına görə söz ustadı sənət dostlarından da  danışıb. Bir izləyicisinin “Mahir Cürət  verlişə müsahibəsində onu heç kimin yada salmadığını deyib. Bu haqda danışa bilərsinizmi?” sualına belə cavab verib:

“Mahir Cürəti müsahibə verdiyi verlişə mən göndərmişəm. Demirəm, orda adımı çəksin, məni Ələkbər yönləndirdi desin. Heç olmasa ümumi danışmasın. Belə də ki hər şey qarşılıqlıdır. Nə əkərsən, onu da biçərsən. Bəlkə, yada salmağa yer qoymamısan?! Çıx, ünvanını göstər yada salaq”.