1900 dozalı peyvənd yararsız hala gəldi

ABŞ-da 1900 doza "Moderna" peyvəndi yararsız hala gəlib.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, bir təmizlik işçisi yanlışlıqla peyvəndlərin saxlandığı soyuducunu elektrikdən çıxarıb. Nəticədə bir çox COVİD-19 peyvəndi  məhv olub. Həmin hadisə Boston şəhərinin ən böyük sağlamlıq mərkəzi olan Yamaykada baş verib. 
Boston mütəxəssisi Kail Toton soyuducunun etibarlı bir yerdə  və üzərində siqnalizasiya sisteminin olduğunu vurğulayıb. Lakin onun səhvən elektrik şəbəkəsindən çıxdığını qeyd edən Toton nə səbəbdən siqnalizasiya sisteminin işləmədiyini araşdırdıqlarını söyləyib.