ABŞ göz yaşlarına inanmadı

"90 günə boşanacaqlar" dedilər

Bu həftə dünyanın həm gözü, həm də qulağı ABŞ-da idi. 
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, yeni Prezident Co Bayden və onun müavini Kamala Harris televiziyada canlı yayımda and içsələr də, ancaq dünya keçmiş prezident Donald Tramp və ailəsi haqqında hələ də danışmağa davam edir. ABŞ-ın tarixi seçkilərindən bir neçə həftə sonra nəticəni qəbul etməkdən imtina edən Donald Tramp nəhayət ki, Ağ Evi tərk edib. Tramp və birinci xanımın Ağ Evdən çıxışı beynəlxalq televiziya tərəfindən canlı yayımlanıb. Donald jurnalistlərə tez açıqlamalar verərək,  prezident təyyarəsi ilə "Andrevs" hava limanında vida mərasiminə yollanıb.

Burada vida nitqini söyləyən Tramp: "Bu, hələlik sadəcə bir vidadır, ancaq bir şəkildə geri dönəcəyəm. Yaxşı bir həyat yaşayın, tezliklə görüşərik" deyib. Bundan sonra onun tərəfdarları mobil telefonla onun şəklini çəkib. Həmin an Trampın qızı İvankanın hönkürüb ağlaması da gündəmi  zəbt edib. Ancaq əsl bomba keçmiş birinci xanım Melaniyadan gəlib. Melaniyanın soyuq davranışları onların boşanmağa yaxın olduqlarını göstərib. Hətta bir "Twitter" istifadəçisi  onların 90 gün içərisində boşanacaqlarını iddia edib.