Rusiyada aksiya: internet problemi yaşanır

Rusiyada etirazların keçirildiyi ərazilərdə internet problemi yaşanır.
Axar.az xəbər verir ki, bu barədə “Daundetektor” resursu məlumat yayıb.

Böyük şəhərlərdə internet kəsintilərinin olduğu bildirilir. Bundan əlavə, Rusiyada yaşayan istifadəçilər Tvitter sosial şəbəkəsinə daxil ola bilmirlər. Bilayn, MTS, Tele-2 kimi mobil operator şirkətlərinin sistemlərində də problem yaranıb.