Britaniyada bir gündə 33,5 mindən çox insanda COVID-19 aşkarlanıb

Böyük Britaniyada son sutka ərzində 33 552 nəfərdə koronavirus aşkar olunub.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 617 459 nəfərdir.
Son sutka ərzində 1348 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 97 329 nəfərə çatıb.