Tbilisidə məhdudiyyətlərin ləğv olunması tələbi ilə genişmiqyaslı aksiya başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə siyasi partiyaların üzvləri, mülki fəallar və iş adamları hökumət administrasiyası qarşısında etiraz aksiyası keçirirlər.

24News.ge xəbər verir ki, aksiyanın əsas səbəbi koronavirusun qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərin qaldırılmasıdır.

"Qirçi - Daha çox Azadlıq" partiyasının rəhbəri Zurab Japaridzenin sözlərinə görə, bizim kimi bir ölkə üçün hər hansı bir məhdudiyyət daha da yoxsullaşmaq deməkdir:

“Bugünkü mitinqin məqsədi pandemiya ilə mübarizə aparmaq üçün hökumətin tətbiq etdiyi bütün məhdudiyyətləri aradan qaldırmaqdır. Mitinqin təşkilatçıları müxtəlif ticarət birlikləridir, mən aylarla məhdudiyyətlərin qaldırılmasını tələb edən bir adamam, əgər bu məhdudiyyətlər götürülməsə, yoxsulluq bataqlığına daha da batacağıq və həll yolu çox çətin olacaq. Hökumətin statistikası rəqəmlərlə idarə olunur və başqa bir şey yoxdur. Mən deyə bilərəm ki, uşaq bağçalarının və məktəblərin bağlanmadığı, ictimai nəqliyyatın bağlanmadığı bir çox ölkələr mövcuddur", - deyə o bildirib.

Zurab Japaridze həmçinin deyib:

"Biz nisbətən yoxsul bir ölkəyik və hər hansı bir məhdudiyyət bizim üçün daha da yoxsullaşma deməkdir, bu səbəbdən insanları aclıq üçün qurban verməyimiz dəlilikdir".