Sevgi məktubunu bədəninə yazdırdı - Foto

Devid və Viktoria Bekhemlərin oğlu Bruklin maraqlı addımı ilə diqqət çəkib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o nişanlısı Nikola Peltzin ona yazdığı məktubu bədəninə yazdırıb.

30-dan çox dövməsi olan Bekhema yazılan məktubda bunlar qeyd olunub:
“Nə qədər çox sevildiyini bil istəyirəm. Tanıdığım ən zərif qəlbə sahibsən. Sevgin olmadan bir günüm belə keçməz”.

Qeyd edək ki, cütlük 2022-ci ildə evlənəcək.