Antarktida sahillərində 5,5 maqnitudalı zəlzələ olub


Bu gün Antarktidada Cənubi Şetland adaları sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan edilməyib.