Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 140 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 277 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr  5 860, ağır xəstələr isə 105 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 429 605 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 307 721 nəfər sağalıb, 25 073 nəfər isə ölüb.