Daha bir erməni nazir Xankəndiyə qanunsuz səfər etdi

Daha bir erməni nazir qanunsuz olaraq Azərbaycanın Qarabağ bölgəsinə gəlib.

"Sherg.az" Publika.az-a istinadla xəbər verir ki, bu dəfə Ermənistanın əmək və sosial işlər naziri Mesrop Arakelyan Xankəndidə "həmkarı" Mane Tandilyan və bir sıra digər "yüksək vəzifəli" separatçı-terrorçu ilə görüşüb.

Bildirək ki, bundan öncə xarici işlər naziri Ara Ayvazyan Xankəndiyə gəlmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev bu səfərlə bağlı qarşı tərəfə xəbərdarlıq edib.