Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlandı


Ötən il daxili işlər orqanları tərəfindən insan alverinə qarşı mübarizədə 155 cinayət faktı müəyyən edilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 2020-ci ildə insan alverinə qarşı mübarizədə üç cinayətkar qrup zərərsizləşdirilib:

“Bu əməllərə görə 21 nəfər barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib”.