Türkiyə və Yunanıstan beş il sonra yenidən masada


Türkiyə və Yunanıstan Xarici İşlər nazirləri beş ildən sonra bu gün İstanbulda görüşür.

Bu barədə “Haber Global” məlumat yayır.

Bildirilir ki, onlar Egey və Şərqi Aralıq dənizi ilə bağlı problemlərin həlli yollarını müzakirə edəcəklər.

İki ölkənin nazirləri arasında sonuncu dəfə görüş 2016-cı il martın 1-də Afinada keçirilib.