Səkkiz prokurorluq işçisi vəzifədən azad edilib - RƏSMİ

2020-ci ildə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.
Onlardan ikisi prokurorluq orqanlarından xaric edilib, səkkiz nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, beş nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.