Erməni terroru nəticəsində Gəncədə dağılan evlər bərpa edilir - FOTO

44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan silahlı bölmələrinin Gəncədə mülki insanları hədəf alaraq etdiyi raket hücumu nəticəsində dağılmış evlərin bərpası işlərinə start verilib. 
Oxu.Az-ın məlumatına görə, ilkin olaraq işlər şəhərin Samir Xasıyev küçəsində başlanılıb. 
Bildirilib ki, hazırda ərazidə qazıntı-söküntü işləri aparılır. 
İlkin olaraq 24 fərdi yaşayış evinin və bir neçə çoxmənzilli yaşayış binasının yenidən tikilməsi, 1598 təmir və bərpa kateqoriyasına aid olan evin təmiri nəzərdə tutulur.