Tələb çoxdur ! - Mustafa təsbehləri ərəb şeyxlərinə göndərir

Türkiyənin Bursa şəhərinin İznik bölgəsində bərbərlik işindən çıxan bir şəxs xüsusi məhsullarını Səudiyyə Ərəbistanı Kralına və Ərəb Şeyxlərinə göndərir. 
 "Şərq" xarici mətbuata istinadən xəbər verir ki,  bu məhsulların qiyməti 25 min lirə ilə 70 min lirə arasında dəyişir.



8 il əvvəl bərbərlik peşəsindən ayrılan və atelyesində xüsusi namaz muncuqları hazırlayan Mustafa Eyrikaya öz əlləri ilə hazırladıqları təsbehləri ilk olaraq dünyanın dörd bir yanından gələn kolleksiyaçılara satıb.

Daha sonra təsbehlər üzərində  xüsusi dizaynlar edən Mustafa Eyrikaya Səudiyyə Ərəbistanı Kralı və Ərəb Şeyxləri üçün xüsusi təsbehlər düzəldib. 

Təsbeh ustası Mustafa Eyrikaya bildirib ki, 8 ildir bu sənətlə məşğuldur:

"Bunları kuka ağacından düzəldirəm. Ümumiyyətlə, tələb Ərəb krallığından və ərəb şeyxlərindən gəlir. Bunların istehsalında tamamilə əl işindən və yaqut, zümrüd və safir daşlardan istifadə olunur. Çox çətin, tələbkar bir işdir. Bir təsbehin düzəldilməsi 15 gün ilə 1 ay arasında dəyişir".