Tolik atasının bu istəyini reallaşdırmayıb: "Bağışla, ata..." - VİDEO 

Dünən prodüser, aparıcı Tarix Əliyevin (Tolik) atası ürək tutmasından  dünyasını dəyişib.
“Sherg.az” xəbər verir ki, Tolikin özü İnstaqram səhifəsində atası ilə bağlı paylaşım edib. O mərhumun verlişlərin birindən videosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
“Ata, bağışla məni sənin arzunu çin eləmədim”.
Məlumat üçün qeyd edək ki, videoda Tolikin atası oğlunun ailə qurmasını, nəvələrinin olmasını arzulayır.