“YAŞAT”ın rəhbəri: “Şəhid ailələrinin kreditləri bağlanacaq”

Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.
Bunu Trend-ə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, yaxın günlərdə bu kreditlərin bağlanması həyata keçiriləcək.
E.Hüseynov əlavə edib ki, bu günə qədər 100-dən artıq şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onların bank hesablarına vəsait köçürülüb.