Aygün Kazımovadan yeni mahnı: “Bu qadın” - VİDEO

Tanınmış müğənni, xalq artisti Aygün Kazımova “Bu qadın” adlı yeni mahnısını izləyicilərinə təqdim edib.
“Sherg.az” xəbər verir ki, sənətçi klipdən görüntüləri İnstaqram səhifəsində paylaşaraq bu qeydi yazıb:
“Doğum günümdə təqdim etdiyim yeni layihəmi, gözü yolda qalan, sevdiklərini, əzizlərini itirən, sevgilisinə qovuşmayan qadınlarımıza həsr edirəm. “Bu qadın” tək deyil: mən, sən, o, biz-hamımız həmin qadınların dərd ortağıyıq. Ad günümdə bütün duyğularımı onlarla bərabər yaşayıram”
Qeyd edək ki, müğənni klipdə gəlinlik libası ilə izləyicilərinin qarşısına çıxıb.