ÜST nümayəndəsi üzv ölkələrə səsləndi


Ölkələr ikitərəfli razılaşmalardan daha çox bərabər miqdarda koronavirus peyvəndi tədarükünə diqqət yetirməlidirlər.

Bunu TASS-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib:

“İndi ilk partiya peyvəndlərin satışına başlanır. Ölkələrə bərabər paylanma şansı ciddi risk altındadır”.

Vuynoviçin sözlərinə görə, hamı peyvəndlə müdafiə olunana qədər koronavirusla mübarizə məqsədilə sosial və tibbi tədbirlərə riayət etməyə ehtiyac duyulur.

O qeyd edib ki, peyvənd özü də pandemiyanı tamamilə dayandıra biləcək dərman deyil, ancaq xəstəliyin yükünü azalda və bir çox insanın həyatını xilas edə bilər.

ÜST nümayəndəsi hamının vaksinasiya olunması üçün vaxtın tələb edildiyini vurğulayıb.