İşğaldan azad olunan ərazilərlə bağlı yeni layihə hazırlanır

“İşğaldan azad olunan ərazilərdə xüsusi mühafizə olunan yerlərdə dörd yasaqlıq, iki qoruğumuz mövcud olub”.
Oxu.Az-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda nazirlik tərəfindən onların bərpası ilə bağlı böyük təkliflər, layihə işlənir:

“Təhlükəsizlik tədbirləri imkan verdiyi təqdirdə işlərə start veriləcək”.

“Orada nəzərdə tutulan xüsusi mühafizə olunan təbiət əraziləri vətəndaşlar üçün daha əlçatan, açıq olacaq. Biz orada qoruqlar, yasaqlıqlar yox, daha müasir tərzdə xüsusi mühafizə olunan ərazilər yaradacağıq. Bunun detalları barədə layihələr hazırlanır və əlavə məlumatlar veriləcək”, - deyə o əlavə edib.