Türkiyədə güclü qasırğa binaların damlarını uçurub

Türkiyənin Bursa vilayətində güclü qasırğa bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, qasırğa bəzi binaların dam örtüyünü uçurub. İlkin məlumata görə, vilayətdəki biznes mərkəzinin damı binanın qarşısında dayanmış 5 avtomobilin üstünə düşüb. Vilayətdə ümumilikdə 19 avtomobilə ciddi ziyan dəyib.

Əlverişsiz hava şəraiti davam edir. Əhaliyə hava şəraiti sabitləşənədək imkan daxilində evdən çıxmamaq tövsiyə olunub.