“Real”ın daha bir futbolçusu “Arsenal”da - RƏSMİ

İngiltərənin “Arsenal” klubu qış transfer pəncərəsi dövründə ilk transferini həyata keçirib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, London komandasına Madrid “Real”ından norveçli futbolçu Martin Ödeqor transfer edilib.
22 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümün sonunadək icarəyə götürülüb. O, 11 nömrəli formanı geyinəcək.