Nazilə dövlət qurumlarına “od püskürdü”: “...Bir-birinə ötürürlər”

“Bu həssas dönəmdə ailəmə köməklik göstərməyinizi istəyirəm”

“Borçalı əsilli olmaq bizim günahımız deyil”  


Tanınmış aparıcı, şairə Nazilə Səfərliyə ağır itki üz verib. Onun əmisi Binəli Məmmədov Rusiyada dünyasını dəyişib.

“Sherg.az”xəbər verir ki, aparıcı bu barədə paylaşım edərək, atasının qardaşının dəfninə getmək istədiyini söyləyib:

“Atamın qardaşının dəfnində iştirak etməsi onun haqqıdır. Dəfn mərasimi Gürcüstanda baş tutacağı üçün ölkədən çıxa bilmir. Anlayıram, dünya pandemiya ilə savaşır. Yenə tək problemimiz COVİD deyil.

Hər yerə baş vurmuşuq.  XİN, Baş qərargah, Gürcüstan səfirliyi hamı bir-birinə ötürür. İmzalayın, xahiş edirəm, bizi incitməyin.

Öz dərdimiz özümüzə bəsdir. Bu həssas dönəmdə ailəmə köməklik göstərməyinizi istəyirəm. Borçalı əsilli olmaq bizim günahımız deyil”.