Modelyerdən cins şalvarlarla bağlı MARAQLI FAKTLAR 

Tanınmış rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova zaman-zaman izləyicilərinə dəblə bağlı məsləhətlər verir. O, tövsiyyələrini Feysbuk profilində yazır.

“Sherg.az”ın məlumatına görə modelyer növbəti dəfə cins şalvarlar haqqında maraqlı faktlar paylaşıb: 

“İndi cins şalvarlar gündəlik geyimin standart atributlarından biri kimi qəbul olunur. Bu növ şalvarlar bütün dünyaya ABŞ-dan yayılıb.
İlk cins şalvarları 1850-ci ildə ABŞ-da Levi Strauss adlı şəxs patentləşdirərək satıb. Möhkəm materialdan olan şalvarlar Kaliforniya qızılaxtaranlarının xoşuna gəlib. Strauss bu şalvarlardan xeyli pul əldə edib.

Bir müddətdən sonra Strauss San-Fransiskoda fəhlələr üçün geyim istehsalında ixtisaslaşan "Levi Strauss & Co" şirkətini qurub.

1873-cü il mayın 20-də "Levi Strauss & Co" şirkəti "cins" adlandırılan şalvarların tikilməsi hüququnu əldə edib. Məhz bu tarix cinsin "anadan olma" tarixi sayılır. 1886-cı ildə "Levi’s" cinslərində məşhur dəri leybl əmələ gəlib”.