Müğənni gileyləndi: “Birtəhər dolanırıq” 

Artıq bir ildir, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə toyların və kütləvi məclislərin keçirilməsinə icazə verilmir. Bu səbəbdəndir ki, daim toyda-büsatda olan müğənnilər, şou əhli işsiz-gücsüz qalıb. Başqa bir yerdən gəlirləri, qazancları olmadığı üçün çətinlik çəkənlər var. Onlar da zaman-zaman sosial şəbəkə hesablarında mövcud durumdan gileylənir,  maddi cəhətdən sıxıntılarının olduğunu bildirirlər.

Elə “Sherg.az”la həmsöhbət olan müğənni Cavanşir Məmmədov da toyların yoxluğundan şikayətlənib:
“Bir məsəl var, deyir: “Qonuşunun kefini xəbər almazdan əvvəl özün haqqında düşün.
Gör sən nə gündəsən ?” Mənim də sənət dostlarım kimi sıxıntılarım var. Çünki gəlirim yalnız  sənətdəndir.
Başqa yerdən qazanc əldə etmirəm. İndi birtəhər dolanırıq. İnşallah işlər qaydasına düşər”.