Yüksək riskli qruplar koronaya yoluxub sağalmış olsa belə peyvənd olunmalıdır - Həkim

"COVİD-19 infeksiyası sonrası 3-6 ay içində yaranmış antitellər azalmağa başlayır. Asimptomatik keçirənlərdə və yaşlılarda antitellər daha erkən azalmağa başlayır".

Sherg.az xəbər verir ki, bu sözləri daxili xəstəliklər uzmanı  Ramin Cavadov deyib. Onun sözlərinə görə, korona infeksiyası keçirmiş şəxslərdə az hallarda ( ortalama toplam yoluxanların 1%-dən daha azı) olsa da təkrar yoluxma mümkündür, lakin antitel pozitiv şəxslərdə bu risk daha aşağıdır: "İngiltərədə 6614 COVUD-19 keçirən tibb işçisi üzərində 5 ayda aparılan bir araştırmada təkrar yoluxma 44 nəfərdə ( 0.6%) görülmüşdür.
Antitellərin zamanla tam neqativləşməsi immunitetin tam olaraq itməsi anlamına gəlmir, çünkü yaddaş hüceyrələri illər boyunca virusu tanıma özəlliklərini qoruyub saxlaya bilir. Bu da virusla təkrar təmas ettiyimiz zaman yeni antitellərin əmələ gəlməsinə səbəb olur".

 Həkim bildirib ki, test reaktivlərində standartlaşma olmadığına və hansı səviyyədə antitel titrinin qoruyucu olduğu tam olaraq bilinmədiyinə görə peyvəndləmə öncəsi antitel analizi verilməsi faydalı olmayacağı üçün tövsiyyə edilmir:

"Antitel əmələ gələn şəxslərdə peyvənd edilməsi əks göstəriş deyil, lakin bu şəxslərdə lokal (iynə yerində qızarıqlıq, şişlik kimi) əlavə təsirlərin daha çox görüldüyü də bilinməktədir. Ən erkən 3, ən gec 6 ay içində peyvənd edilməsi tövsiyyə edilir. Yoluxma baxımından yüksək riskli qruplar COVİD-19-a yoluxub sağalmış olsa belə peyvənd olunmalıdır. Gözləmə mövqeyinin 3 aydan uzun olmaması tövsiyə edilir".