Gözlərini itirən qazi: “Şuşayadək gedib çıxdıq və orada...”

İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrindən biri də Azərbaycan xalqının daxilindəki hərbi-vətənpərvərlik ruhunun növbəti dəfə bütün dünyaya nümayiş etdirilməsi oldu. Oğullarımızın şücaəti, igidlikləri indi dillərdə dastandır. Eləcə də 1998-ci il təvəllüdlü Saməddin Əhmmədovun. O, orta məktəbi bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb.

Lakin özünün “Sherg.az”a dediyi kimi, bundan  sonra həyatını tamamilə hərbiyə bağlayıb: 

“Vətənə borcumu yerinə yetirdikdən sonra sonra MAXE kurslarına yazıldım. Beləliklə, hərbi xidmətimi davam etdirdim. İş elə gətirdi ki, mən İkinci Qarabağ müharibəsinn iştirakçısına çevrildim. Şuşayadək gedib çıxdıq.

Şuşanı görmək özü böyük xoşbəxtlikdir. Oktyabrın 4-də orada qoşa minaya düşdüm və ordudan tərxis olundum. Sol ayağım tamamilə və sağ ayağımın iki barmağı amputasiya olunub.
Gözlərimi itirmişəm. Amma qazandığımız qarşılığında bu, çox cüzidir. Lazım olsa, torpaqlarımız uğrunda canımdan da keçməyə hazıram”.