Nuradan İSMARIC:“Dərdiniz nədir axı mənimlə?!”

“Niyə yaxşılıq etdiyim insanlar sonradan mənə qarşı aqressivləşirlər?”

“Arxada kiminsə sözün danışmaq (yerli-yersiz), kiminsə yanında başqasının gizli işini açmaq, şəxsi həyatını müzakirə etmək böyük səhvdir. Şəxsən mən başqasının yanında ancaq özümə qarşı haqsızlığı danışa bilərəm. Onun sirrini və ya şəxsi həyatını yox. Ya da yaradıcılıq fəaliyyətini tənqid, ya tərif edə bilərəm. “
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri Feysbuk səhifəsində yazıb. O, fikirlərinə bunları da əlavə edib :

“Elə məsələlər var ki, hətta dünənki dostum qatı düşmənimə çevrilsə, onun sirrini açmaram. Dünənimiz yaxşı olub axı. Bir-birimizə etibar etmişik.
İnsanlar əşya deyil. İnsanları qiymətləndirməkdən əl çəkin.

Filankəs yaxşıdır,amma  filan məsələdə pisdir və s. kimi cümlələrdən uzaq gəzin. Bir insan hamıya yaxşı və ya pis ola bilməz.

Yaxşı ya pis insan yoxdur. Hər insan kiməsə görə yaxşı, kiməsə görə pis ola bilir. Arxamda o qədər uydurmalar danışıblar ki, dastan yazmaq olar. Dərdiniz nədir axı mənimlə? Anlaya bilmirəm.

Hansınızasa da pisliyim dəyməyib. Tanımadıqlarımın fikri önəmli deyil o qədər də. Bəzən tanıdıqlarım, yaxşılığım toxunan insanlar edir.Niyə yaxşılıq etdiyim insanlar sonradan mənə qarşı aqressivləşirlər?

Mən həyatın güzgü, bumeranq olduğuna inanıram. "Niyyətin hara, mənzilin ora"  ən sevdiyim atalar sözüdür. Niyyətimə və əməlimə diqqət edirəm. Çalışıram insanlara, canlılara bir faydam olsun, xeyrim dəysin.

Ətrafımda çox yaxşı insanlar və dostlarım var. 25 il dostluq etdiyim insanlar mövcuddur. Etibar edirik bir-birimizə, çünki yaxşı insanlarıq.

Siz isə (intriqa yaradan bədbin insanlar) etdiyinizin və danışdıqlarınızın bədəlini mütləq ödəyəcəksiniz. Həyatınızda bədbəxt hadisələr baş verəndə bir düşünün kimə və niyə haqsızlıq etmisiniz, bu gün nəyin bədəlini ödəyirsiniz.

Ağzı boş olmayın, özünüzə hörmət edin. Özünə hörmət kiminsə yanında yekəxanalıq etmək deyil. Həmin insan başqalarına da hörmət etməyi rahatlıqla bacarar.

Həyata necə baxırsınızsa, nə enerji ötürürsünüzsə, onu da alırsız. Bu gün haqsılıq edərsiniz, ara vurarsınız, ürək bulandırarsınız, fikir formalaşdırarsınız, amma sabah hər kəsin üzü açılanda ən çox itirən siz olarsınız”.