Metroda gediş haqları artırılır? – Qurum sözçüsü nə “hə” deyir, nə də “yox”

 “Hazırda məzuniyyətdəyəm, gedişatla bağlı məlumatım yoxdur”


“"Bakı Metropoliteni" QSC –nin gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciəti barədə məlumatım yoxdur”.

Bu sözləri, "Sherg.az"a açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. O, hazırda məzuniyyətdə olduğunu bildirib:

“Sabah bu barədə açıqlama verə bilərəm. Lakin hələ gedişatla bağlı məlumatım yoxdur”.