Mütəxəssis: "İşıq və qazın da qiyməti artırıla bilər” – NONSENS !

Dünən Tarif Şurasının növbəti iclası keçirilib. Toplantıda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. “Azərsu” ASC-nin müraciəti müzakirə olunub.

Bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Müşahidələr göstərir ki, az qala hər kəs bu bahalaşmaya etiraz edir. İnsanlarımız artımın əsaslandırılmasıyla razılaşmırlar.




İqtisadçı-ekspert Natiq Cəfərli Tarif Şurasının suyun qiymətinin ikiqat qaldırılması barədə fikirlərini “Sherg.az”la bölüşüb
Ekspert hər şeydən öncə “Azərsu” ASC-nin rentabelli işləməməsinin səbəbinin axtarılmalı olduğunu bildirib:

“Aidiyyəti məmurların qiymət şişirtməsi və yeyinti ilə vurduğu ziyanlar üzə çıxarılmalı, aydınlaşma aparılmalı, sonra qərar verilməli idi.

İndiki halda isə məmurların bu yeyintisi əhalinin hesabına kompensasiya edildi”.

N.Cəfərli vurğulayıb ki, baş verənlər “Azərsu” ASC-nin xarici şirkətlərə satılması ehtimalını da artırır:

“Mümkündür ki, dövlət xarici sərmayələri cəlb etmək üçün su satışını xarici ölkə şirkətinə satsın. Elektrik enerjisi və təbii qazın da qiymətinin artırılacağını gözləyə bilərik”.