Türkiyə ilkə imza atdı

Sürücüsüz və elektrikli avtobusun ilk sərnişini Ərdoğan oldu

Türkiyə Prezidenti Ərdoğan dünyanın ilk elektrikli və sürücüsüz avtobusun sınağını keçirib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısında türk mühəndislər tərəfindən istehsal olunan dünyanın ilk kütləvi istehsalının 4. səviyyəli sürücüsüz elektrikli avtobusu ilə getdiklərini söyləyib.  Prezident Ərdoğan  bildirib ki, bu, Türkiyə üçün çox qürurvericidir: "Karsanı təbrik edirəm. Türkiyə adını kütləvi istehsal ilə dünyaya elan edəcək. Amerika iqlim dəyişikliyinə bir addım atarsa, biz də edəcəyik. Bu baxımdan heç vaxt geri qalmayacağıq. Bu yaxınlarda Elon Maskla görüşdüm. Bu məsələləri onlarla müzakirə etməyə hazırıq. Bu avtobusları tezliklə yollarda görəcəyik".