Abıyeva yenə gündəmdə: “Bəxtim açılıb, 2-3 evlilik təklifi almışam” - Cazibədar fotolar

Tanınmış aktrisa Pərvin Abıyeva açıqlamaları və İnstaqram paylaşımları ilə daim gündəmdə qalır. O, bu dəfə də izləyicilərinin diqqətini çəkməyi bacarıb.

“Sherg.az” xəbər verir ki, P.Abıyeva özü ilə bağlı sualları cavablandırıb. Bununla yanaşı arxiv fotolarını paylaşıb. Bir izləyicisinin “Evlilik təklifi yoxdu hələ?” sualına Pərvin belə cavab verib:

“Bəxtim açılıb, son vaxtlar 2-3 təklif almışam”. Aktrisa “ Özünüzü planlama hesabı ilə neçə faiz gözəl hesab edirsiniz?” sualına gəlincə bunları deyib: “Özümü heç vaxt gözəl hesab etməmişəm. Amma çəkiciliyim və şarmım olduğunu düşünürəm”. “Sizi sevib siz sevməyən, yoxsa siz sevib sizi sevməyən insanı seçərsiz?” sualını Pərvin iddialı cavablandırıb:

“Hələ olmayıb ki, birinci mən sevim, sonra məni sevsinlər. Adətən qarşı tərəfin sevgisini, sevmə şəklini sevirəm”. Eyni zamanda Pərvin işi ilə bağlı sualları da cavabsız qoymayıb.

O, məşhur türk aktyoru Oqtay Qaynarca ilə fotosunu paylaşaraq türk seriallarından təkliflərin gəldiyini, lakin 5 illik müqavilədən qorxduğunu söyləyib.