Deputatdan replikalara CAVAB: “Mən Tarif Şurası deyiləm ki...”

“Tarif Şurasının suyun qiymətini bahalaşdırmasından sonra sosial şəbəkələrdə müxtəlif iddialar səslənməkdədir. Aralarında ciddi olanı da var, məzhəki olanı da.
  Millət vəkili Siyavuş Novruzovun məlum qərardan bir az əvvəl “Sadə həqiqətlər” verilişində səsləndirdiyi “Suyu vedrə ilə ölçürlər” fikri də müzakirə obyektidir. İddialara görə, deputat suyun qiymətinin bahalaşacağını əvvəlcədən bilir və ictimai şüur yaradırmış.

Bunun nə qədər ciddi, nə qədər məzhəki olduğunu deyə bilmərik.

Elə buna görə “Sherg.az”a olaraq daha dəqiq məlumat almaq məqsədilə sitatın müəllifi ilə əlaqə saxladıq. O, ittihamlara belə cavab verdi:

“Nə deyirəm ki? Kim nə fikirləşir, fikirləşsin. Öz işləridir. Mən Tarif Şurası deyiləm ki...”.