Azərbaycanlı aparıcıdan erməniyə TARİX DƏRSİ... - VİDEO 

“Erməni Avet Sardaryan mənə video göndərərək dedi ki, evimə daxil olmusunuz”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində tanınmış aparıcı Firuzə( Fira) Cəlilova yazıb. 
O, sözügedən görüntüləri paylaşaraq bunları da əlavə edib:

“Xocavənd rayonu Azıx kəndində ezamiyyətdə olarkən vaxtilə ermənilərin məskunlaşdığı azərbaycanlıların evlərinə daxil olub, çəkiliş aparırdım. 
Həmin videoları sosial şəbəkələrdə paylaşırdım. 

Bu yaxınlarda Avet Sardaryan adlı bir izləyici yazdı ki, evimə daxil olmusan.

Utanmaz-utanmaz bir videoda göndərdi ki, bax mənim evimdir.
İstədim tarix dərsi keçim bu izləyiciyə, sonra qərara gəldim ki, sosial media hesabımdan Sardaryanla ortaq canlı yayım edim və həqiqətləri üzünə deyim. Həm özü eşitsin, həm də izləyiciləri olan qorxaq ermənilər.
Nə deyirsiniz? Erməni qorxaqlarına tarix dərsi keçim? “.