Röya hər kəsi kövrəltdi - FOTOLAR

2 fevral Azərbaycanda gənclər günüdür. Bu münasibtələ şou-biznesin tanınmış nümayəndələri də paylaşımlar ediblər. Sevilən müğənni, xalq artisti Röyanın postu isə hər kəsi kövrəldib.
“Sherg.az” xəbər verir ki, sənətçi şəhidlərimizin fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bir daha 44 günlük Vətən müharibəsində bizə zəfər yaşadan, torpaq uğrunda canından keçən, düşməndən qorxub qaçmayan, özündən əvvəl xalqını düşünən, gənc yaşda şəhidlik zirvəsinə ucalan bütün igidlərimizi hörmət və sevgi ilə anıram.
Allah rəhmət eləsin!”